Beyl "Real Madrid"lə yollarını ayırdı
Kateqoriya məlum deyil
Ulduz futbolçu Qaret Beyl İspaniyanın "Real Madrid" klubu ilə yollarını ayırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında bildirib.
Beyl "kral klubu"nda oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.
Qeyd edək ki, 32 yaşlı uelsli futbolçu 2013-cü ildən "Real Madrid"də çıxış edib. O, 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.






