Logo

"Azərbaycan layiq olduğu qızıl medalı aldı"

"Azərbaycan layiq olduğu qızıl medalı aldı"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan layiq olduğu qızıl medalı aldı.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

"Azərbaycan layiq olduğu qızıl medalı aldı"

"İdmançımız Radik İsayev taekvondo yarışında finalda qələbə qazanmaqla ölkəmizə Rio-2016 XXXI Yay Olimpiyasında ilk qızıl medalı gətirdi. Biz bu medala çox yaxın idik və onu qazanmalı idik.

Artıq Olimpiadada rekorda imza ataraq 15 medal almışıq, onlardan 1 qızıl, 4 gümüş, 10 bürüncdür. Boks yarışında finalalın nəticəsi isə bu gün bilinəcək. Həmçinin bu gün yarışa qatılan iki tanınmış güləşçimizdən də yüksək əyarlı medal gözləyirik.
Medal əyarına görə sıralamda 39-cu, medal sayına görə medal alan ölkələr arasında isə 17-ciyik.

İrəli, Azərbaycan!!!", - millət vəkili qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR