Logo

Rio-2016: Cəbrayıl yarımfinalda! (YENİLƏNİB)

Rio-2016: Cəbrayıl yarımfinalda! (YENİLƏNİB)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 1/4 final görüşünü keçirib.

74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Yakob Makaraşvili (Gürcüstan) olub.

Görüş başlayan kimi Həsənov rəqibindən ardıcıl xallar alaraq, 1 dəqiqə 45 saniyəyə təmiz qələbə qazanıb - 10:0.

Onun yarımfinalda rəqibi Ənvər Geduyev (Rusiya) olacaq.

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Sfera.az xəbər verir ki, yarışların 14-cü günündə Azərbaycan güləşçisi Cəbrayıl Həsənov mübarizəyə qoşulub.

74 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz 1/8 final mərhələsində Kolumbiya təmsilçisi Karlos Arturo Mendeslə qarşılaşıb.

İlk hissəyə fəal başlayan idmançımız vaxtından əvvəl qələbə qazanaraq 1/4 finala yüksəlib - 10:0.

C.Həsənov bu mərhələdə gürcü Jakob Makaraşvili ilə güləşəcək.

Publika.az //

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR