Logo

Rio-2016: 3-cü medal gəlir

Rio-2016: 3-cü medal gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb.

Publika.az xəbər verir ki, gənc idmançının rəqibi qazaxıstanlı Janıbek Alimxanulı olub. Görüşü yüksək əzmkarlıqla keçirən Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə onlardan 2-si qələbə verib. Sonuncu raund isə qazaxıstanlı boksçunun üstünlüyü ilə keçsə də, ümumi nəticə dəyişməyib.

Beləliklə, Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, Rio-2016-da 3-cü, boksda isə ilk medal olub.

Qeyd edək ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR