Logo

Qazaxıstanda azərbaycanlı idmançıya möhtəşəm SÜRPRİZ

Qazaxıstanda azərbaycanlı idmançıya möhtəşəm SÜRPRİZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Atırau şəhərində ağır atlet Nicat Rəhimovun doğum günü şərəfinə gənclərin veloyürüşü keçirilib.

Sfera.az xəbər verir ki, yüzlərlə gənc şəhərin mərkəzi meydanından start götürüb və mərkəzi küçələrdə şütüyüblər. Onların bu yürüşü həmyerlimizin Nicat Rəhimovun doğum gününə və Olimpiadada qızıl medal qazanmasına həsr ediblər.

İki il bundan əvvəl Azərbaycanı tərk edərək Qazaxıstana gedən Nicat avqustun 13-də 23 yaşını bayram edib. O, Bakını tərk etdikdən sonra Atırau şəhərində məskunlaşdığına görə həmin şəhərin sakinləri ona xüsusi rəğbət bəsləyirlər.

Xatırladaq ki, Olimpiadada Qazaxıstanı təmsil edən Nicat Rəhimov dünya rekordunu yeniləməklə çempion adını qazanıb.

Goal.az //

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR