Logo

Messi karyerasında 11-ci çempionluğunu qazanıb

Messi karyerasında 11-ci çempionluğunu qazanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi növbəti titulunu qazanıb.

Sfera.az xəbər verir ki, 35 yaşlı hücumçu Paris klubunun heyətində Liqa 1-in qızıl medallarına yiyələnməklə karyerasında 11-ci çempionluğunu əldə edib.

Təcrübəli forvard buna səfərdə səfərdə "Lans"la 1:1 hesablı heç-heçə etdikləri XXXIV tur matçından sonra nail olub. Bu, həmçinin Messinin İspaniya "Barselona"sından fərqli komandada qazandığı ilk çempionluq tituludur.

Ulduz futbolçu daha əvvəl 2004/2005, 2005/2006, 2008/2009, 2009/2010, 2010/2011, 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019 mövsümlərində "Barselona" ilə La Liqanın qalibi olub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR