Rio-2016: Cüdoçumuz 1/4 finala yüksəldi

Rio-2016: Cüdoçumuz 1/4 finala yüksəldi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb.

 

Publika.az xəbər verir ki, rəqib əlcəzairli Layeş Buyakub olub. Görüşün əvvəllərində hakim L.Buyakuba passiv mübarizə aparması səbəbindən iki dəfə xəbərdarlıq edib. Görüşü xilas etmək istəyilə irəli atılan əlcəzairli cüdoçu vazari fəndi ilə üzləşib. O, sonradan eyni fəndi özü tətbiq etsə də, E.Qasımov cərimə xallarının çoxluğu hesabına 1/4 finala yüksəlib.

 

Cüdoçumuz Rio-de-Janyerodakı ilk görüşündə rusiyalı Taqir Xaybullayevi məğlub etmişdi.

 

Qeyd edək ki, Azərbaycan cüdoçusunun növbəti rəqibi Ramadan Darviş (Misir) - Xose Armenteros (Kuba) qarşılaşmasının qalibi olacaq.

 



OXŞAR XƏBƏRLƏR