Logo

FİFA prezidenti Rövnəq Abdullayevə təşəkkür etdi

FİFA prezidenti Rövnəq Abdullayevə təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünya çempionatı ilində ümid, birlik, həmrəylik mesajı verən DÇ-2022-nin belə uğurlu, unikal hadisəyə çevrilməsində dəstəyinizə və əməkdaşlığınıza görə çox minnətdaram".

Sfera.az xəbər verir ki, bu fikirlər FIFA prezidenti Canni İnfantinonun AFFA prezidenti Rövnəq Abdullayevə 57 yaşının tamam olması münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

"Sizə sevdiklərinizlə gözəl bir gün arzulayır, səmimi qəlbdən ümid edirəm ki, hamımızı birləşdirən bu gözəl oyunun inkişafı və böyüməsi üçün birlikdə işləməyə davam edəcəyik. Sizi şəxsən təbrik etmək üçün tezliklə görüşəcəyimizi səbirsizliklə gözləyirəm", - deyə isveçrəli funksioner vurğulayıb.

O, xüsusi günün şəxsi və peşəkar anlamda xoşbəxtlik, sağlamlıq və uğur gətirməsini arzulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR