Logo

"Neftçi" "Zirə" ilə heç-heçə etdi

"Neftçi" "Zirə" ilə heç-heçə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Sfera.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərində isə Tiaqo Bezerra 90+5-ci dəqiqədə penaltidən fərqlənib

59-cu dəqiqədə "qartallar"ın heyətində Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 77-ci dəqiqədə isə "Neftçi"də Eddi İsrafilov eyni aqibəti yaşayıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR