Logo

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın idman gimnastı Nikita Simonov və İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışlarını yerinə yetiriblər.

Sfera.az xəbər verir ki, İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Qeyd edək ki, Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Azərbaycanın digər idman gimnastı Nikita Simonov isə bürünc medal qazanıb. Halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.

Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR