Logo

"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisi təhlükə altına düşdü

"Formula 1": Səudiyyə Ərəbistanı Qran-prisi təhlükə altına düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ciddə şəhərinin raket atəşinə tutulmasına baxmayaraq, "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin keçirilməsi sarıdan heç bir təhlükə yoxdur.

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem əminliklə açıqlama verib.

O bildirib ki, üsyançıların hədəfi bu tras yox, iqtisadi infrastrukturdur: "Buranın təhlükəsiz yer olduğuna və heç nəyin baş verməyəcəyinə dair ən yüksək səviyyədə təminatımız var".

Qeyd edək ki, martın 25-də husilər Səudiyyə Ərəbistanının neft infrastrukturunu raket atəşinə tutub. Nəticədə Ciddə trası yaxınlığındakı "Aramco" şirkətinin neft anbarlarından birində partlayış və yanğın baş verib. Səudiyyə Ərəbistanı Qran-prisində sərbəst yürüşlərə martın 25-də start verilib. Martın 27-də isə əsas yürüş olacaq.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR