Logo

Bu gün Azərbaycan yığması Malta ilə qarşılaşacaq

Bu gün Azərbaycan yığması Malta ilə qarşılaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

Gundem.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Malta yığması ilə üz-üzə gələcək.

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

Qarşılaşma komandalar arasında 9-cu duel olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma 3 dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var - 13:9.

Qeyd edək ki, Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR