Logo

FIDE rusiyalı şahmatçıya qadağa qoydu

FIDE rusiyalı şahmatçıya qadağa qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.

Sfera.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.

Nəticədə Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən - martın 21-dən qüvvəyə minib.

Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, daha əvvəl FIDE Rusiya və belarus şahmatçılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR