Logo

ÇL-da növbəti mərhələlərin püşkü atıldı

ÇL-da növbəti mərhələlərin püşkü atıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

Sfera.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda dörd cütü müəyyənləşdirib. Bu raundun iki cütündə İngiltərə və İspaniya klublarının iki dueli baş tutacaq. Son qalib "Çelsi” kuboku ən çox qazanan "Real”la üz-üzə gələcək. 1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Püşkatmada yarımfinalda qarşılaşacaq cütlər, həmçinin finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Çempionlar Liqası

1/4 final

1. "Çelsi” (İngiltərə) - "Real” (İspaniya)

2. "Mançester Siti” (İngiltərə) - "Atletiko” (İspaniya)

3. "Vilyarreal” (İspaniya) - "Bavariya” (Almaniya)

4. "Benfika” (Portuqaliya) - "Liverpul” (İngiltərə)

1/2 final

5. 2-ci cütün qalibi - 1-ci cütün qalibi

6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

Final

7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR