“Real” “Barselona” ilə oyuna xüsusi formalarda çıxacaq
Kateqoriya məlum deyil
"Real” "Barselona” ilə La Liqanın 29-cu turunun oyunu üçün xüsusi forma hazırlatdırıb.
Sfera.az xəbər verir ki, "kral klubu” "el klasiko”da ağ çizgiləri olan qara rəngli formada çıxış edəcək.
Bu formalar "Adidas” və yapon dizayneri Yoji Yamamoto tərəfindən "Real”ın 120 illik yubileyi üçün hazırlanmış kolleksiyanın bir hissəsidir.
"Real” və "Barselona” martın 20-də qarşılaşacaq.






