Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
Kateqoriya məlum deyil
Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sfera.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub.






