Logo

“Qalatasaray” İstanbula qayıda bilmir

“Qalatasaray” İstanbula qayıda bilmir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona”nın qonağı olan "Qalatasaray” bu gün Türkiyəyə qayıdacaq.

Sfera.az xəbər verir ki, "cim-bom”un dönüş proqramında dəyişiklik edilib.

Heyət səhər saatlarında Barselonanı tərk etməli olsa da, İstanbuldakı əlverişsiz hava şəraiti səbəbindən uçuş təxirə salınıb. Komandanı vətənə gətirəcək təyyarə Bakı vaxtı ilə saat 19:30-da Barselonadan ayrılacaq və İstanbula deyil, İzmirə uçacaq.

Qeyd edək ki, "Nou Kamp”da keçirilən oyun qolsuz bərabərliklə yekunlaşıb. Cavab görüşü martın 17-də İstanbulda baş tutacaq.

(apasport)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR