Hakimi döyən azərbaycanlı futbolçu uzunmüddətli cəzalandırıldı
Kateqoriya məlum deyil
Beyləqanın "Mil” komandasının futbolçusu Kamal Qasımova ağır cəza verilib.
Sfera.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum Region Liqasının "Mil” – "Ağsu Siti” oyunundan sonra baş verənləri müzakirə edib. Matç bitdikdən sonra hakimlər briqadasını təhqir edən, referini vuran Kamal Qasımov 14 oyunluq diskvalifikasiya olunub.






