Logo

Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir

Ukraynalı futbolçu ölkəsi üçün tank almaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Macarıstanın "Fehervar" klubunda çıxış edən ukraynalı futbolçu İvan Petryak Rusiya ilə müharibə şəraitində olan ölkəsi üçün tank almaq istəyir.

Sfera.az-ın məlumatına görə, bu barədə jurnalist Vladimir Zveryev şəxsi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika almağa hazırdır: "Amma bunu necə edəcəyini bilmir. O, ordu üçün dəbilqə və zirehli gödəkçələrin alınmasına da kömək edir. Petryakın Budapeşt yaxınlığında 65 kvadratmetrlik kiçik evi var. Futbolçu ölkəni tərk etmək məcburiyyətində qalan 8 məcburi köçkünü də qəbul edib".

Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə fevralın 24-də başlayıb. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR