Logo

AL: “Qalatasaray” "Barselona"ya rəqib oldu

AL: “Qalatasaray” "Barselona"ya rəqib oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sfera.az xəbər verir ki, 16 komanda 8 cütlük təşkil edib.

Bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək. İlk oyunlar martın 9-10-da, cavab görüşləri ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək.

Türkiyə "Qalatasaray”ının da rəqibini tanıyıb. İstanbul klubu "Barselona” görüşəcək. "Sarı-qırmızılar” ilk matçı səfərdə keçirəcək.

Avropa Liqası

1/8 final

"Reyncers” (Şotlandiya) - "Srvena Zvezda” (Serbiya)

"Braqa” (Portuqaliya) - "Monako” (Fransa)

"Porto” (Portuqaliya) - "Lion” (Fransa)

"Atalanta” (İtaliya) - "Bayer” (Almaniya)

"Sevilya” (İspaniya) - "Vest Hem” (İngiltərə)

"Barselona” (İspaniya) - "Qalatasaray” (Türkiyə)

"Leypsiq” (Almaniya) - "Spartak” (Rusiya)

"Betis” (İspaniya) - "Ayntraxt” (Almaniya)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR