Logo

Emil Balayev Qazaxıstan klubu ilə anlaşdı

Emil Balayev Qazaxıstan klubu ilə anlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayevlə müqavilə bağlayacaq.

Sfera.az-ın  "meta-ratings.kz" nəşrinə istinadən məlumatına görə, klub 27 yaşlı qolkiperlə razılığa gəlib. Yaxın vaxtlarda Balayev yeni komandasına Şımkentdə qoşulacaq.

O, "Turan"ın hazırkı baş məşqçisi Vladimir Qazzayevlə birgə 2019-cu ildə "Tobol"da çalışıb. Komandanın köməkçi-məşqçisi isə Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadovdur.

Qeyd edək ki, Emil Balayev "Neftçi", "Səbail", "Zirə" və Almaniya "Ayntraxt"ında da forma geyinib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR