Ukrayna - İspaniya oyunu təxirə salındı
Kateqoriya məlum deyil
Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.
Sfera.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə təşkili planlaşdırılan qarşılaşma regiondakı qeyri-sabit hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.
Komandalar plan üzrə ilk görüşü fevralın 24-də İspaniyabın Kordoba şəhərində keçirəcəklər.
Qeyd edək ki, Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.






