Logo

"Barselona"nın futbolçusu tarixə düşdü

"Barselona"nın futbolçusu tarixə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın "Barselona" klubunun futbolçusu Daniel Alveş XXI əsrdə 1000-ci matçına çıxıb.

Sfera.az  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı cinah müdafiəçisi buna "Atletiko" (Madrid) komandasını 4:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXIII tur oyununda nail olub.

Braziliyalı oyunçu hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldudan geri qalır.

Madrid klubu ilə görüşdə Kataloniya təmsilçisinin 4-cü qoluna imza atan təcrübəli futbolçu həm də "Barselona" tarixinin ən yaşlı qolçusu olub. Alveş 1963/1964 mövsümündə 37 yaşında fərqlənmiş Joan Seqarranın rekordunu qırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR