Logo

Pekin-2022: Azərbaycan nümayəndə heyətinin sıra ardıcıllığı müəyyənləşdi

Pekin-2022: Azərbaycan nümayəndə heyətinin sıra ardıcıllığı müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan nümayəndə heyətinin Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.

Milli Olimpiya Komitəsinin mətbuat katibi Günay Malikqızının Sfera.az-a verdiyi məlumata görə, heyət üzvləri tamaşaçılar önündən 42-ci keçəcək.

Onlar Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və Azərbaycan Olimpiya Komandasının bayraqdarı Vladimir Litvintsevdən ibarət olacaq.

Açılış Pekin Milli Stadionunda təşkil olunacaq.

XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR