Azərbaycan Premyer Liqasında komanda sayı artırıldı - RƏSMİ
Kateqoriya məlum deyil
2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda olacaq.
Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun Hesabat Konfransında bildirib.
Məmmədov elitaya 2 yeni klubun daxil olacağını diqqətə çatdırıb: "Gələn mövsümdən 10 komandalı Premyer Liqanın həyəcanını yenidən yaşayacayıq".






