Logo

“Qəbələ”dən növbəti transfer

“Qəbələ”dən növbəti transfer
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Sfera.az  əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb.

20 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, son klubu "Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. "Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR