Logo

Eriksenin İngiltərə klubuna keçidi rəsmiləşdi

Eriksenin İngiltərə klubuna keçidi rəsmiləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Danimarka millisinin futbolçusu Kristian Eriksenin yeni klubu bəlli olub.

Sfera.az  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin İngiltərənin "Brentford" klubuna keçidi rəsmiləşib.

Təcrübəli oyunçu mövsümün sonunadək komandanın formasını geyinəcək.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR