Logo

"Tata Steel": Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

"Tata Steel": Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində XII turun görüşünü keçirib.

Sfera.az-ın məlumatına görə, rəqib hindistanlı Vidit Santoş Qucrati olub. Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.

Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pilləyə yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR