Logo

"Barselona" Dembeleni komandadan qovdu

"Barselona" Dembeleni komandadan qovdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın "Barselona" komandasının futbolçusu Usman Dembele transferə çıxarılıb.

Sfera.az xəbər verir ki, bu barədə klubun idman direktoru Matteu Alemani açıqlama verib.

O, fransalı hücumçunun heyətdə qalmaq istəmədiyini bildirib: "Dembele bizim layihənin bir hissəsi olmağı arzulamır. Buna görə də dərhal getməsini tələb etdik. Usmanın yanvarın 31-dək satılacağını gözləyirik".

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, klubun təklif etdiyi yeni sözləşmə şərtləri ilə razılaşmayıb. Bu mövsüm La Liqada 6 oyuna çıxan 24 yaşlı forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dembele 2016-cı ildən Fransa yığmasına çağırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR