Logo

FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoydu

FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi Fransa "Marsel"inə transfer qadağası qoyub.

Sfera.az  "Lequipe" nəşrinə istinadən xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.

Ali futbol qurumu Pape Gueye transferindəki qayda pozuntusuna görə Liqa 1 təmsilçisini cəzalandırıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə "Uotford"undan transfer olunub.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR