Logo

Dünya ulduzu "Qarabağ"a təklif olundu

Dünya ulduzu "Qarabağ"a təklif olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib.

Sfera.az xəbər verir ki, Ağdam klubuna çox sayda futbolçu təklif olunub ki, onlar arasında tanınmış simalar da var.

Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 2019-cu ildən Çinin "Şandun Tayşan” klubunda çıxış edən 35 yaşlı orta sahə oyunçusu yenidən Avropaya qayıtmaq arzusundadır. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında "Qarabağ” da var.

Ancaq futbolçunun yaşı və "Qarabağ”da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.

Qeyd edək ki, Maruan Fellaini karyerası ərzində "Standard”, "Everton” və "Mançester Yunayted”in formasını geyinib.

(apasport.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR