Cerrard koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Stiven Cerrard koronavirusa yoluxub.
Sfera.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, 41 yaşlı mütəxəssis "Çelsi" (26 dekabr) və "Lids" (28 dekabr) klublarına qarşı matçları buraxacaq.
Qeyd edək ki, Stiven Cerrard noyabr ayında "Aston Villa" klubunun baş məşqçisi vəzifəsinə təyin edilib.






