Logo

Mahir Emreli Qurban Qurbanovla görüşdü

Mahir Emreli Qurban Qurbanovla görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli bu gün "Qarabağ"ın bazasında olub.

Sfera.az xəbər evrir ki, klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, 24 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Abbaszadə bildirib ki, Emrelinin sabiq klubunun bazasına gəlişi sırf 49 yaşlı mütəxəssisi görmək istəyilə bağlı olub: "Onun "Qarabağ"a transferi müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu barədə söhbət olmayıb. Mahirin öz komandası, öz yolu var. Sadəcə, keçmiş futbolçumuz, "Qarabağ"da xidmətləri olmuş biri kimi bazaya gələrək, Qurban müəllimlə görüşüb".

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün sonunda "Qarabağ"ı "Legiya"ya dəyişib. O, azarkeşlərlə bağlı insidentdən sonra Varşava təmsilçisindən ayrılmaq istəyir.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR