Logo

UEFA "Beşiktaş" və "Qalatasaray"ı cəzalandırdı

UEFA "Beşiktaş" və "Qalatasaray"ı cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA İntizam Komitəsi Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarını cəzalandırıb.

Sfera.az xəbər verir ki, səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib.

"Qara qartallar" noyabrın 3-də Portuqaliyada "Sportinq"ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib.

"Sarı-qırmızılar"a isə noyabrın 25-də evdə Fransa "Marsel"i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR