Serbiyalı forvard Ronaldonun rekordunu təkrarladı
Kateqoriya məlum deyil
"Fiorentina”nın forvardı Duşan Vlahoviç A seriyasında özü üçün yeni rekorda imza atıb.
Sfera.az xəbər verir ki, serbiyalı futbolçus İtaliya çempionatının 18-ci turunun "Sassuolo” ilə matçında (2:2) qol vuraraq 2021-ci ildə çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb.
Vlahoviç bu göstəricidə "Yuventus”un sabiq forvardı Kristiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı hücumçu "Yuventus”la 2021-ci ildə A Seriyasında 33 qol vurmuşdu.
Vlahoviç hazırda bu mövsüm A Seriyasında 18 qolla bombardirdir.






