Logo

Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurdu

Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyənin "Keçiörengücü" komandasında növbəti qolunu vurub.

Sfera.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi evdə "Erzurumspor"la 3:3 hesablı heç-heçə etdikləri I liqanın XVII tur matçında fərqlənib.

Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR