Dünya çempionu yuvaya döndü
Kateqoriya məlum deyil
Almaniya millisinin futbolçusu Mario Götze "Bavariya"dan ayrılıb.
Publika.az xəbər verir ki, Almaniya millisinin heyətində dünya çempionu olan futbolçu yenidən Dortmund "Borussiya"sının şərəfini qoruyacaq.
Götze qarşılığında "Sarı-qaralar" əks düşərgəyə 23 milyon avro ödəyiblər.
Qeyd edək ki, təcrübəli hücumçu 2009-2013-cü illər arasında "Borussiya"da forma geyib.






