Logo

"İnter" Eriksenlə müqaviləni pozur

"İnter" Eriksenlə müqaviləni pozur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "İnter" klubu futbolçusu Kristian Eriksenlə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa qərar verib.

Sfera.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tviterində yazıb. O bildirib ki, belə bir addım 29 yaşlı yarımmüdafiəçinin A Seriyasında kardioverter-defibrillyatorla oynaya bilməyəcəyi ilə əlaqədar atılıb.

"İnter"in tezliklə danimarkalı oyunçu ilə müqavilənin pozulduğuna dair bəyanatla çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin I tur oyunu zamanı Kristian Eriksenin ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun "İnter"lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR