Milli Olimpiya Komitəsində Hesabat-Seçki Konfransı keçiriləcək
Kateqoriya məlum deyil
Milli Olimpiya Komitəsində sabah Hesabat-Seçki Konfransı keçiriləcək.
Sfera.az-ın xəbərinə görə, sabah saat 11:00-da qurumun inzibati binasında seçki keçiriləcək. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev seçkiyə onlayn formatda qatılacaq.
Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti, vitse-prezidenti seçiləcək. Bundan sonra isə federasiyanın baş katibi təyin olunacaq.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. Qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyevdir. Abiyevi onun köməkçisi Azər Əliyevin əvəzləyəcəyi gözlənilir.
(Oxu.az)






