Logo

İdmançımız DÇ-də bürünc medal qazandı

İdmançımız DÇ-də bürünc medal qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İstanbulda keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb.

Sfera.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində dünya çempionatına qatılan gənc parataekvondoçumuz Sabir Zeynalov (K-44) ilk qarşılaşmada Tokio Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), sonrakı görüşlərdə rusiyalı Vasili Viqilianskiyə (28:14) və Braziliya təmsilçisi Fabricio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb.

Finala vəsiqə uğrunda görüşdə Türkiyə təmsilçisi Əli Özcana məqlub olan S.Zeynalov bürünc medalla kifayətlənməli olub.

Yarışda Azərbaycanı doqquz idmançı təmsil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR