Logo

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sfera.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Çempionlar Liqası

1/8 final

"Benfika” (Portuqaliya) - "Real” (İspaniya)

"Vilyarreal” (İspaniya) – "Mançester Siti” (İngiltərə)

"Atletiko” (İspaniya) - "Bavariya” (Almaniya)

"Zalsburq” (Avstriya) - "Liverpul” (İngiltərə)

"İnter” (İtaliya) - "Ayaks” (Niderland)

"Sportinq” (Portuqaliya) - "Yuventus” (İtaliya)

"Çelsi” (İngiltərə) - "Lill” (Fransa)

PSJ (Fransa) - "Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR