Logo

Konfrans Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Konfrans Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Konfrans Liqasındakı komandaların son 5 oyunda ən yaxşı nəticə göstərənlərin siyahısını açıqlayıb.

Sfera.az xəbər verir ki, siyahı klubların yerli çempionatdakı və UEFA Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.

"10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sırada göstərilib.

Qeyd edək ki, "köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR