Logo

"Bazel" - "Qarabağ" oyununu xorvat hakimlər idarə edəcək

"Bazel" - "Qarabağ" oyununu xorvat hakimlər idarə edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.

Sfera.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Fran Jovićə Hrvoje Radić və Luka Pušic yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinčić yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR