Logo

"Beşiktaş"ın aparıcı futbolçusu 3 ay oynamayacaq

"Beşiktaş"ın aparıcı futbolçusu 3 ay oynamayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "Beşiktaş" futbol klubu ciddi itki ilə üzləşib.

Sfera.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi Jorj-Kevin N Kudu zədələnib.

Səfərdə "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XV tur matçında ayaq biləyindən xəsarət alan 26 yaşlı oyunçunun təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, bu mövsüm "Beşiktaş"ın heyətində 9 oyunda meydana çıxan Jorj-Kevin N Kudu 2 qol vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR