Logo

Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub. 

Sfera.az xəbər verir ki, turun son qarşılaşması Qəbələnin eyni adlı təmsilçisi ilə "Qarabağ" arasında baş tutub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma elə başladığı hesabla da yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 27-yə, "Qəbələ" isə 22-yə çatdırıb.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu.

Turun geridə qalan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb

"Sabah" - "Keşlə" 2:1

"Neftçi" - "Səbail" 1:0

"Sumqayıt" - "Zirə" 0:3

"Qarabağ" - 27, "Zirə" - 22, "Qəbələ" - 22, "Neftçi" - 20, "Sabah" - 14, "Sumqayıt" - 11, "Keşlə" - 10, "Səbail" - 9.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR