Logo

“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçildi

“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

Sfera.az xəbər verir ki, V turun ən yaxşısı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olub.

Ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin "Omoniya” klubunun futbolçusu Bakıda "Qarabağ”ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, "Qarabağ” – "Omoniya” matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR