Logo

UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım edib - VİDEO

UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım edib - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, Konfrans Liqasının rəsmi tviter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.

<blockquote class="twitter-tweet"><p lang="sl" dir="ltr">
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR