Logo

Azərbaycan - Rusiya oyununun hakimləri AÇIQLANDI

Azərbaycan - Rusiya oyununun hakimləri AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qadınlardan ibarət Azərbaycan millisinin evdə Rusiya yığması ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Sfera.az xəbər verir ki, qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Referi İonela Alina Peşuya laynsmanlar qismində Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də "Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR