Logo

"Qarabağ"ın rəqibi Qazaxıstan Kubokunda finala yüksəldi

"Qarabağ"ın rəqibi Qazaxıstan Kubokunda finala yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" klubu Qazaxıstan Kubokunda finala yüksəlib.

Sfera.az xəbər verir ki,  Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında "Astana"ya 3:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada hesab 64-cü dəqiqədə avtoqolla açılıb. Meyrambek Kalmırza topu öz qapılarından keçirib. Digər 2 qolu isə 81-ci dəqiqədə Joze Kante və 86-cı dəqiqədə Vaqner Lav vurublar.

Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yarımfinalın ilk matçında da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi olacaq.

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Kayrat"a qarşı keçirdiyi hər iki görüşdə rəqibini 2:1 hesabı ilə üstələyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR