Logo

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sfera.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan "Zaqatala”, "Kəpəz”, "Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR